Tehran və Kiyev arasında gərginlik artır: Hücum iddiaları gündəmdədir

29.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ mediası İranın Xəzər dənizində baş verən insidentdən sonra Ukraynaya qarşı cavab hücumu planlaşdırdığını, lakin diplomatik təmaslardan sonra bu planın təxirə salındığını iddia edib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın The New York Times nəşri adları açıqlanmayan İran və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İran Xəzər dənizində Ukraynaya məxsus olduğu bildirilən ticarət gəmisinə hücumdan sonra Qara dənizdə yerləşən Ukrayna limanlarından birini ballistik raketlərlə vurmağı nəzərdən keçirib.

Nəşrin iddiasına əsasən, bəzi İran rəsmiləri planlaşdırılan hücumun daha çox simvolik xarakter daşıyacağını, məqsədin isə genişmiqyaslı eskalasiya deyil, cavab mesajı vermək olduğunu bildiriblər.

Məlumatda həmçinin qeyd olunur ki, Avropa İttifaqının vasitəçiliyi ilə İran və Ukrayna arasında aparılan diplomatik təmaslardan sonra planlaşdırılan hücum təxirə salınıb.

Aytən Yaşar/ Turkustan,az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью