Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərində gərginlik getdikcə artır.
Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir.
Bu doğru siyasət olmaqla yanaşı özündə müəyyən riskləri də ehtiva edir.
Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkə ilə münasibətlərdə Bakı təmkinli davranmağa çalışır: “Rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır.
Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir.
İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərlərmi?
Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoymuşuq.