“Tehran və Vaşinqton arasında danışıqlar davam edir”

08.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İran və ABŞ nümayəndələri arasında dolayı danışıqlar prosesi davam edir və tərəflər yazılı mesajlar mübadiləsi aparırlar.
Yeniavaz.com
“Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Tehran öz təklifini - yeddi günlük planını - təqdim edib və İran nümayəndələri bu məsələ ilə bağlı Amerika tərəfinin fikirlərini dinləyiblər.
“Hazırda ABŞ-nin mövqeyini öyrənirik və inanıram ki, yaxın bir neçə gün ərzində cavab verəcəyik”, - İranın XİN rəhbəri əlavə edib.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью