Tehran xəbərdarlıq etdi: Bu iki şəhəri vuracaq!

20.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İran İraq təhlükəsizlik orqanları və hökumətini İraq Kürdüstanında fəaliyyət göstərən iranlı müxalifət qüvvələrinə qarşı hava hücumu təşkil etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.

Məlumata görə, Tehran bildirib ki, Bağdad və Ərbil iki ölkə arasında təhlükəsizlik razılaşmasının şərtlərinə əməl etməsə, zərbələr olacaq.

Təhlükəyə İran müxalifətinin İraq Kürdüstanının şəhərlərinin birində keçirdiyi hərbi parad səbəb olub.

İraq hökuməti Tehranı planlaşdırılan zərbəni ləğv etməyə və ya təxirə salmağa inandırmağa çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью