Tehran yaxınlığında yanğın olub, 18 nəfər xəsarət alıb

04.08.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın paytaxtı Tehran yaxınlığındakı Şəmsabad şəhərində baş verən yanğında 18 nəfər xəsarət alıb.

Bu barədə “Tasnim” agentliyinə Tehran əyalətinin Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şərvin Təbrizi məlumat verib.

Təbrizi bildirib ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Onlardan dördü xəstəxanaya çatdırılıb, qalanlarına isə hadisə yerində tibbi yardım göstərilib. Ölənlərin olmadığı qeyd olunub.

Onun sözlərinə görə, yanğın və partlayış dalğası nəticəsində hadisə yerinin yaxınlığında yerləşən təcili tibbi yardım bazası demək olar ki, tamamilə dağılıb. O bildirib ki, insident zamanı bazanın əməkdaşları başqa çağırışa getdikləri üçün xəsarət alan olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью