Tehran yeni şərtlərini açıqlayıb

24.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran bazar ertəsi günü Tehranla Vaşinqton arasındakı münaqişənin şiddətlənməsi fonunda ABŞ-ın dəniz blokadası və sanksiyalarına qarşı durmaq üçün bütün mövcud imkanlardan istifadə edəcəyini bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirilən mətbuat konfransında bildirib: “İran blokada və ABŞ sanksiyalarına qarşı durmaq və onları neytrallaşdırmaq üçün bir sıra tədbirləri nəzərdən keçirir”. O, təfərrüatları açıqlamadan əlavə edib: “Tehran bu məsələ ilə bağlı qəbul edilmiş qərarlara adekvat tədbirləri həyata keçirməyə başlayacaq”. XİN sözçüsünün sözlərinə görə, ABŞ öz öhdəliklərini yerinə yetirərsə, Hörmüz boğazında və daha geniş bölgədə təhlükəsizlik qısa müddətdə bərpa edilə bilər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью