Tehran yeni təklif alıb

21.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“İran vasitəçilərdən ABŞ ilə gərginliyin azaldılmasına dair təkliflər alıb”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

İ.Bəqai rəsmi Tehranın məlum vasitəçilərdən atəşkəs rejiminə riayət olunması və ABŞ ilə münaqişənin gərginliyinin azaldılmasına dair aldığı yeni təkliflər üzərində düşündüyünü də açıqlayıb. İran rəsmisi gərginliyin azaldılması məqsədilə vasitəçilərdən müəyyən təkliflər aldıqlarını təsdiqləyib. Amma İ.Bəqai təkliflərin mahiyyəti barədə detalları hələlik açıqlamayacağını bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.

Xatırladaq ki, ötən gün bəzi media orqanları Qətərin 10 günlük atəşkəs və Hörmüz boğazının yenidən açılması ilə bağlı təklif irəli sürdüyü barədə məlumat yayıblar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью