Tehranda 2,5 milyon sakin üçün yeraltı sığınacaqlar təşkil edildi

31.01.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Tehran hakimiyyəti Yaxın Şərqdə artan gərginlik fonunda 2,5 milyon sakin üçün sığınacaqlar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İran paytaxtının Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri bildirib.

Nəsiri vurğulayıb ki dayanacaqlar və metro stansiyaları da daxil olmaqla 300-dən çox yeraltı sığınacaqlar hazır vəziyyətə gətirilib.

İran silahlı qüvvələri daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki bütün hərəkətlərini izlədiklərini və yüksək hazırlıq vəziyyətində olduqlarını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью