Tehranda 500 dən çox dövlət qurumunun işığı kəsilib

19.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İranda yay mövsümündə enerji istehlakına nəzarət kampaniyası çərçivəsində Tehranda 500-dən çox dövlət qurumu elektrik enerjisindən avtomatik olaraq ayrılıb.
Bizim.Media  xəbər verir ki, ISNA agentliyinin məlumatına görə, Tehran Elektrik Şəbəkəsinin baş direktoru Mahmudi bildirib ki, buna səbəb dövlət qurumlarının müəyyən edilmiş elektrik istehlakı limitlərini aşması olub.
 

Onun sözlərinə görə, yay aylarında elektrik enerjisinə tələbatın artması səbəbindən dövlət qurumlarının enerji sərfiyyatı daim nəzarətdə saxlanılır. Məhdudiyyətlər onların istehlakı müəyyən olunmuş normaya qayıdanadək qüvvədə qalacaq.


Mahmudi dövlət qurumlarına işıqlandırmadan növbəli istifadə etməyi, enerjiyə qənaət edən lampalara keçməyi və mümkün olan yerlərdə işıqlandırmanın avtomatik idarəetmə sistemlərini quraşdırmağı tövsiyə edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью