Tehranda birgə komissiyanın iclası keçiriləcək KONKRET

20.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev olacaq.

Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.

Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью