GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın paytaxtında küçələrdən birinin adı HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Həniyənin şərəfinə dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın şəhər şurası “Şimali Fələstin” küçəsini İsmayıl Haniyənin şərəfinə adlandırıb.
Xatırladaq ki, İsmayıl Haniyə Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
Müşviq Tofiqoğlu
Globalinfo.az