525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın paytaxtı Tehranı su ilə təmin edən 5 su anbarında suyun səviyyəsi kritik həddə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Belə ki, "Əmir Kabir" anbarında hazırda 12 milyon kub metr su var ki, bu da ümumi tutumun cəmi 7 faizi deməkdir. Digər 4 anbarda da vəziyyət eynidir. "Lar" cəmi 1 faiz, "Mamlu" və "Latyan" 9 faiz dolub. "Teleqan"da isə anbar 81 faiz boşdur.
Yeri gəlmişkən, məhz "Teleqan"dan Tehrana əlavə su kəməri çəkildiyindən hazırda əsas yük bu anbara düşür.
L.Tağıyeva