Tehranda dəhşətli yanğın

03.02.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın paytaxtı Tehranda məhəllə bazarında baş verən yanğın sürətlə yayılıb.

525.az xəbər verir ki, Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Məliki xəsarət alanlar və ya ölənlər barədə hələlik dəqiq məlumat olmadığını bildirib.

“Bizə örtülü məhəllə bazarında genişmiqyaslı yanğın barədə məlumat daxil olub. Əvvəlcə hadisə yerinə 5 yanğınsöndürmə maşını göndərilib. 2000 kvadratmetr sahəni əhatə edən və tezalışan materiallardan hazırlanmış çoxsaylı köşklərin yerləşdiyi bazar ərazisi tamamilə alov içində qalıb”, - deyə o bildirib.

Məliki hadisə yerindən qatı tüstü qalxdığını və müxtəlif nöqtələrdən yanğınsöndürmə işlərinin aparıldığını əlavə edib.

Qeyd edək ki, yanğın Tehranın Cənnətabad rayonundakı Cənnət Məhəllə Bazarında yerli vaxtla saat 09:55-də başlayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью