Tehranda əfqanıstanlı general öldürüldü

25.12.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranda Əfqanıstanın Təxar əyalətinin keçmiş polis komandiri, general Əkrəməddin Səriyə qarşı silahlı terror hücumu təsdiqlənib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, general dekabrın 24-də evinə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən açılan atəş nəticəsində ölüb.

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin Siyasi Komitəsinin sədri Əli Meysam Nəzəri hadisəni "açıq cinayət" adlandıraraq, generalın uzun illər xalqının təhlükəsizliyi üçün çalışdığını və onun ölümünün ölkə üçün böyük itki olduğunu bildirib.

Nəzərinin sözlərinə görə, bu sui-qəsd "Taliban"ın yalnız Əfqanıstan daxilində deyil, ölkə hüdudlarından kənarda da müxalif fiqurları hədəf alma siyasətinin davam etdiyini açıqlayıb.

O vurğulayıb ki, bu cür hücumlar bölgədə qeyri-sabitliyin və təhlükəsizlik təhdidlərinin artmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью