Tehranda etiraz aksiyaları ilə əlaqədar dörd əcnəbi saxlanılıb

02.02.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin dekabrında baş verən etirazlarla əlaqədar olaraq Tehranın Bəharestan qəsəbəsində şəxsiyyəti məlum olmayan dörd əcnəbi saxlanılıb.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin qərb bölgəsinin Polis Komandanlığı məlumat yayıb.

Bildirilir ki, onlar gizləndikləri yerə basqın zamanı tapılıblar. Əcnəbilərin çantalarının birində dörd ədəd evdə hazırlanmış elektroşoker də olub. Saxlanılanların vətəndaşlığı açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью