Tehranda etirazlar: Şəhərin üç bazarı bağlandı

04.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Tehranın Moləvi, Cənubi Xəyyam və Qiyam bazarlarının iri ərzaq distribütorları yüksək qiymətlər, dolların məzənnəsinin artması, inflyasiya və yüksək vergilərə etiraz olaraq dükanlarını bağlayıblar.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, etirazçılar "Qida məhsullarından tutulan əlavə dəyər vergisi ləğv edilməlidir" yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, son günlər İranda ərzağın qiymətinin artması səbəbindən yerli sosial platformalarda geniş etiraz kampaniyası başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью