Tehranda güclü külək: ölənlər var

28.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ötən gün Tehran şəhərində güclü külək nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Tehran Təcili Yardım Mərkəzi məlumat yayıb.

Ölənlərdən birinin 15 yaşlı yeniyetmə, digərinin isə 60 yaşlı qadın olduğu bildirilib.

Yaralılardan 12-si Təcili Yardım Mərkəzində, 29-u isə şəhər xəstəxanalarına yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью