Tehranda güclü partlayış

05.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Tehran əyalətindəki sənaye şəhəri Şəmsabadda güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə alüminium zavodunun ərazisindən qalxan qalın tüstü əks olunub.

“Iran International”ın məlumatına görə, partlayışa “Aluminiumkaran” sənaye zonasındakı müəssisələrdən birində yerləşən daxili çəndəki nasazlıq səbəb olub. Yerli müxalifət mənbələri bildirirlər ki, həmin zavoddan pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün istifadə olunurdu. Bundan əlavə, şahidlərin sözlərinə görə, partlayışdan bir qədər əvvəl onlar havadan keçən raketin səciyyəvi səsini eşidiblər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью