Tehranda hava limanları fəaliyyətini bərpa etdi

20.04.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanında sərnişin reyslərinin bərpa olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumun yaydığı bildirişdə qeyd olunub ki, aparılan koordinasiya işlərindən sonra hər iki hava limanında uçuşların həyata keçirilməsinə icazə verilib.

Eyni zamanda, bildirilib ki, Urmiya, Kirmanşah, Abadan, Şiraz, Kirman, Rəşt, Yəzd, Zəhedan, Gorgan və Birjənd hava limanlarında sərnişin reyslərinin icrası 25 aprel tarixindən etibarən mümkün olacaq.

Qeyd edək ki, İranda bütün uçuşlar fevralın 28-də başlayan müharibədən sonra dayandırılıb. Müharibənin başlanmasından 52 gün keçdikdən sonra uçuşların mərhələli şəkildə bərpası nəzərdə tutulur./APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью