Tehranda hicabını çıxaran qadınlar üçün klinika açılacaq

15.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Tehranda hicabını çıxaran qadınlar üçün “psixoloji klinika” açılacaq.

APA xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.

“Tehranda yeniyetmələr, gənc kişilər və qadınlar üçün hicabın çıxarılmasını qarşısını alan psixoloji klinika açılacaq. Klinikada bu mövzuda maarifləndirmə işləri aparılacaq”, - İranın qadın və ailə nazirliyinin rəhbəri Mehri Talebi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью