Tehranda hoteldə yanğın: 29 nəfər xəsarət alıb

09.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran paytaxtı Tehran şəhərində "Ramtin" hotelində baş verən yanğın nəticəsində 29 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran şəhəri yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin sözçüsü Calal Məleki yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, xəsarət alanların 7 nəfəri tibb mərkəzlərinə aparılıb, 22 nəfərə isə ambulator müalicə olunaraq buraxılıb.

Məleki qeyd edib ki, ötən gecə 5 mərtəbəli hoteldə yanğına görə, bütün sakinlər təxliyə olunub. Baş verən yanğın tez bir zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью