Tehranda mərəkə: Səfir təhqir olundu

25.04.2025

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Tehrandakı erməni icmasının nümayəndələri ilə Ermənistanın İrandakı səfiri Qriqor Akopyan arasında insident baş verib.

Tribunainfo.az xəbər verir ki, erməni diasporunun üzvləri səfiri fitə basıblar və “satqın Nikol” şüarları ilə qarşılayıblar.
Bundan sonra isə Akopyanın qondarma “soyqırım” “abidəsi”nə qoyduğu əklili də təpiklə vuraraq, kənara atıblar. Buna dözə bilməyən səfirliyin əməkdaşlarından biri isə onları təhqr edənləri ana söyüşünə “qonaq” edib. Bundan sonra ara daha çox qarışıb. Məsələyə polisin müdaxiləsindən sonra vəziyyəti sabitləşdirmək mümkün olub.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью