Tehranda neft anbarında yanğın baş verib

30.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İranın paytaxtı Tehran şəhərində yerləşən "Şəhran" neft anbarında yanğın baş verib.

"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın ətrafını qara tüstü bürüyüb.

Məlumata görə, anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub.

Qeyd olunur ki, yanğının təkrar baş verməsi və anbarın son vəziyyəti narahatlıq doğurur. Hazırda yanğınla bağlı ətraflı məlumat toplanır və dəymiş zərər qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью