Tehranda orta məktəb və digər binalar dağılıb

28.02.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

ABŞ və İsrailin hava hücumlarından sonra Tehranda qızlar üçün ibtidai məktəbi də daxil olmaqla bir neçə bina dağılıb.

Azpost.info bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.

Yayılan məlumata görə, İsrail  İranın Hormuzqan əyalətinin Minab şəhərinin Şəcəreyi Təyyibe adına ibtidai siniflər üçün olan məktəbi bombalayaıb. Nəticə şagirdlər arasında həlak olanlar var. 36 nəfərin öldüyü qeyd edilir. Bunu Hörmuzqan əyalət başçısının sosial, təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əhməd Nəfisi deyib.
Qeyd edək ki, məktəbdə 170 şagird təhsil alır. Hazırda məktəbin dağıntılarının təmizlənməsi və şagirdlərin xilasetmə işləri davam etdirilir.

https://azpost.info/wp-content/uploads/2026/02/document_5267026134339456178.mp4

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью