Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın paytaxtı Tehranda qadınlar üçün ilk ümumi hərbi hazırlıq mərkəzi fəaliyyətə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, mərkəz "Azadi" meydanının qərb hissəsində inşa edilib. Açılış mərasimi bir qrup qadının iştirakı ilə baş tutub.
Mərkəzin əsas məqsədi qadınların hərbi hazırlıq imkanlarını genişləndirmək, ölkənin sosial və müdafiə strukturunda onların rolunu gücləndirməkdir.
Müəssisənin fəaliyyəti qadınların ixtisaslaşdırılmış proqramlarda, təlimlərdə və digər tədbirlərdə iştirakını nəzərdə tutur.
"Al Jazeera" telekanalı bu mərkəzin açılışını ABŞ-nin ehtimal olunan hücumlarının bərpası qorxusu ilə əlaqələndirib. Lakin agentliyin yaydığı xəbərdə belə bir səbəb qeyd olunmayıb.