Tehranda raket hücumu: Xameneinin ailə KONKRET

28.02.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Tehran meriyasının rəsmisi paytaxta endirilən raket zərbələri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, hücum nəticəsində İranın ali rəhbəri Əli Xameneinin kürəkəni və gəlini həyatını itirib.

KONKRET.az xəbər verir ki, insident şəhərin yaşayış məhəllələrindən birində baş verib və ərazidə ciddi dağıntı qeydə alınıb. Hadisənin detalları və digər mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.

Bundan əvvəl Xameneinin gün ərzində xalqa müraciət edəcəyi barədə xəbərlər yayılmışdı. Lakin son məlumatlara görə, planlaşdırılan çıxışın baş tutmayacağı bildirilir.

Məsələ ilə bağlı əlavə informasiyanın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью