Tehranda səyyar xəstəxanalar quraşdırılıb

03.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Tehran şəhərinin mərkəzi küçələrində səyyar xəstəxanalar yaradılır. Bu xəstəxanalarda Ali Rəhbərin dəfn mərasimində iştirak edənlərə xidmət göstəriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli yerli mətbuata açıqlamasında bildirib. O bildirib ki, səyyar xəstəxanalarda izdihamın yaşandığı yerlərdə halı pisləşəcək insanlara yardım ediləcək.

Onun sözlərinə görə, səyyar xəstəxanalar bütün lazımı avadanlıq və qan ilə təchiz olunub. Əgər xəstəyə daha ciddi tibbi yardım lazım olarsa, onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılacaq. Bu məqsəd üçün 100-dən çox təcili tibbi yardım maşını ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью