Tehranda su olmayacaq və ciddi problemlərlə üz üzə qalacağıq”

31.07.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pəzeşkian ölkədə su ehtiyatlarının azalması və quraqlığa doğru gedilməsi ilə bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, qarşıdakı günlərdə ölkədə yaşana biləcək su böhranına diqqət çəkib.

“Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir. Bütün göstəricilər su ehtiyatlarının azaldığını, eniş trendində olduğunu və quraqlığa doğru irəlilədiyimizi göstərir. Əgər su istehlakını nəzarət altına alıb düzgün idarə etməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üz-üzə qalacağıq”, - Pezeşkian qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью