Tehranda terror: İki tanınmış hakim öldürülüb

18.01.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın paytaxtı Tehranda iki tanınmış hakim terror aktı nəticəsində həlak olub.
Ölkə.Az
"Mehr"ə istinadən xəbər verir ki, şənbə günü səhər saatlarında silahlı şəxs planlaşdırılan hücum nəticəsində İranın Ali Məhkəməsinə daxil olublar. Terror aktı nəticəsində iki təvcrübəli hakim Höccətülislam Razini və Höccətülislam Moqiseh öldürülüb.
Hücum edən şəxs terror aktından dərhal sonra intihar edib. İlkin istintaqa görə, hücum edən şəxsin İran Ali Məhkəməsində cinayət işi olmayıb və məhkəmənin şöbələrinin müştərisi olmayıb.
Hazırda terror aktında əli olan digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində araşdırmalara başlanılıb.
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью