Tehranda ticarət mərkəzində böyük yanğın

03.02.2026

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın paytaxtı Tehranın şimalında yerləşən Cənnət bazarında güclü yanğın baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maleki "SNN" telekanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, təxminən 2 min kvadratmetr sahəsi olan anqar yanıb, burada çoxsaylı köşklər və ticarət pavilyonları yerləşir.

Yanğının söndürülməsində 5 yanğınsöndürmə briqadası, avtomobillər, tankerlər və oksigen balonları daxil olmaqla lazımi avadanlıq iştirak edir. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur, əlavə edib Maleki.

Eyni zamanda, Tehran vilayətinin təcili yardım xidməti nümayəndəsi Şervin Tabrizi bildirib ki, hadisə yerində bir neçə təcili yardım maşını həkimlərlə xidmət göstərir.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью