Tehrandan ABŞ yə ŞƏRT: Əks halda danışıqlar olmayacaq

08.08.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə danışıqlar üçün şərtlər irəli sürüb.

Modern.az xəbər verir ki, bununla bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Vaşinqton öz siyasətini dəyişməlidir. Tələblər arasında təhdidlərə və regional müharibələrə son qoyulması, blokadanın aradan qaldırılması, müharibənin vurduğu zərərin kompensasiya edilməsi, sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinin blokdan çıxarılması yer alır.

Qeyd edilib ki, Tehran bu şərtlər yerinə yetirilməyənədək ABŞ ilə danışıqlar aparmaq niyyətində deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью