Icma.az, Olke.az portalına istinadən məlumat verir.
ABŞ və ya İsrailin İrana qarşı başlada biləcəyi hər hansı yeni hərbi toqquşma hər iki tərəf üçün ciddi itkilərə səbəb olacaq.
Ölkə.az xəbər verir ki, bunu İranın ali rəhbərinin baş müşaviri və SEPAH-ın keçmiş komandanı Möhsün Rezai Amerikanın “NewsNation” telekanalına müsahibəsində deyib.
Rezai İranın eskalasiya halında istifadə ediləcək yeni hərbi imkanlara malik olduğunu vurğulayıb.
"Əgər ABŞ və ya İsrail İrana qarşı ən kiçik bir təhdid etsə, növbəti müharibə əvvəlkindən fərqli olacaq. ABŞ Prezidenti Donald Tramp bilməlidir ki, bu dəfə onlar ciddi insan itkiləri ilə üzləşəcəklər", - o qeyd edib.
Rezai həmçinin Vaşinqtonun diplomatik prosesdəki səmimiyyətini şübhə altına alaraq, İranın İsveçrədə keçirilən danışıqlar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edib.
"Biz inanırıq ki, onlar vaxt qazanmağa çalışırlar", - o bildirib.
Vaşinqtonu İranın Hörmüz boğazının idarə olunmasındakı rolunu tanımağa çağıran Rezai bildirib ki, Hörmüz boğazının ABŞ ilə heç bir əlaqəsi yoxdur, bu, İran və Omanın məsələsidir.
Amerika cəmiyyətinə müraciət edən Rezai bildirib ki, onlar Amerika xalqının əziyyət çəkməsini istəmirlər.
"Amma biz ABŞ hökumətinin və ya onun ordusunun hər hansı təcavüzünə qarşı özümüzü qətiyyətlə müdafiə edəcəyik", - o vurğulayıb.
Mürtəza