Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Prezident Hörmüz boğazı ilə bağlı Omanla apardıqları müzakirələrdə onlar Hörmüz boğazının "razılaşdırılmış xəritə əsasında" yenidən açıla biləcəyi barədə razılığa gəlindiyini bildirib.
“Hörmüz boğazı üçün yol xəritəsi hazırlanıb. Bu yol xəritəsi ali rəhbər Müctəba Xameneiyə təqdim edilib və SEPAH, hərbi qüvvələr, eyni zamanda danışıqlar qrupundakı nümayəndələr tərəfindən qəbul edilib. Əgər bu marşrut həmin çərçivələrə uyğun olaraq açılarsa, ABŞ da öz öhdəliklərini yerinə yetirməlidir”, - Pezeşkian qeyd edib.
Ölkə başçısı əlavə edib ki, bunun üçün Vaşinqton dəniz blokadasını və sanksiyalarını ləğv etməli, dondurulmuş İran aktivlərini azad etməli və İsrailə Livandakı hərəkətlərini dayandırması üçün təzyiq göstərməlidir.
Qeyd edək ki, SEPAH da buna oxşar bəyanatla çıxış edib. Təşkilatın yaydığı bəyanatda deyilir ki, Hörmüz boğazındakı məhdudiyyətlər ABŞ-nin Tehran qarşısındakı öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalacaq.
Mürtəza