Tehrandan İrəvana uçuşlar ləğv olundu

03.02.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

İran-Ermənistan reysləri ləğv edilib. 
Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki,  İrəvan hava limanının onlayn uçuş məlumat lövhəsinə istinadən Tehrandan İrəvana planlaşdırılan iki reysin ləğv edildiyini bildirib.
Məlumata görə, uçuşlar "Fly Kish" və "Armenia Airways" aviaşirkətləri tərəfindən həyata keçirilməli idi. Ancaq reyslərin ləğv edilməsi ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Reyslərin dayandırılmasının səbəbi açıqlanmadığı üçün qərarın texniki, kommersiya və ya regional təhlükəsizliklə bağlı olub-olmadığı məlum deyil.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью