Tehrandan Kiyevə hədə: Hərbi cavab mütləq olacaq

28.07.2026

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda-Hüseyn Maleki Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna görə Tehranın hərbi cavab verəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Malekinin sözlərinə görə, İran əvvəlcə diplomatik kanallar vasitəsilə etirazını çatdırıb və Ukraynaya ultimatum təqdim edib.

"Biz diplomatik kanallar vasitəsilə cavab verdik və ultimatum irəli sürdük. Lakin hərbi cavab mütləq olacaq", – deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, şənbə günü Ukraynanın İranın ticarət gəmisinə endirdiyi zərbə nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью