Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hörmüz boğazından Babül-Məndəbə qədər uzanan xətt “müqavimət cəbhəsinin yeni təhlükəsizlik zolağı” olacaq.
Bunu "Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani sosial media hesabında etdiyi açıqlamada bildirib.
Qaani qeyd edib ki, ABŞ və İsrailin bölgədəki hücumları davam edərsə, strateji dəniz yolları bağlana bilər. O, ABŞ və İsrailin hücumlarının davam etməsi halında bu strateji su yollarının “müqavimət qüvvələri” tərəfindən bağlanacağını da bildirib.
Qaani Yəməndə fəaliyyət göstərən Husi hərəkatı tərəfindən İsrailə son hücumların zamanlamasına diqqət çəkərək vurğulayıb ki, Hörmüz boğazından Babül-Məndəbə, Fars körfəzindən Qırmızı dənizə qədər uzanan xətt “müqavimətin yeni təhlükəsizlik zolağı” olacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin