Tehrandan Trampa Daha sərt cavab xəbərdarlığı

28.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İrana doğru böyük bir donanmanın hərəkət etdiyini açıqlamasından və "vaxt daralır, razılığa gəlin" təhdidindən sonra Tehrandan cavab geckməyib.

Milli.Az xəbər verir ki, İran tərəfi ABŞ-nin hər hansı hücumuna "tarixdə görülməmiş dərəcədə sərt" reaksiya verəcəyini bəyan edib.

İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, hazırda ölkənin prioriteti müzakirə deyil, müdafiəyə tam hazır olmaqdır: "Bizmizə hücum edilən hər bir bazanı və ya nöqtəni hədəf alacağıq. Amerikalılar bilirlər ki, cavabımız eyni gücdə olmayacaq. Düşmənin döyüş düzülüşünü nəzərə alaraq, prioritetimiz ölkəni müdafiəyə 200% hazır vəziyyətə gətirməkdir."

Donald Tramp İranı "masa arxasına" gəlməyə çağıraraq, əks halda daha böyük bir dağıntı ilə üzləşəcəklərini deyib: "Böyük bir donanma İrana doğru irəliləyir. Bu filonun başında 'Abraham Lincoln' təyyarə gəmisi dayanır. İran əvvəl də razılaşmadı və 'Gecə Çəkici' (Midnight Hammer) əməliyyatı reallaşdı; İran böyük dağıntıya uğradı. Növbəti hücum çox daha ağır olacaq."

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi yerdəyişmələri təsdiqləyib. İranın raket hücumlarından qorunmaq üçün bölgəyə əlavə Patriot və THAAD sistemləri göndərilib.

Zərbə gücünü artırmaq üçün bölgəyə 12 ədəd əlavə F-15E qırıcı təyyarəsi cəlb olunub.

Trampın İraqın daxili işlərinə müdaxilə edərək, Nuri əl-Maliki baş nazir seçilərsə yardımı kəsəcəyi barədə sözlərinə Malikidən sərt cavab gəlib. Maliki ABŞ-nin İraqın suverenliyinə müdaxiləsini rədd etdiyini bildirib.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью