Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ABŞ ilə danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb.
KONKRET.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” hesabında açıqlayıb.
Rezai bildirib ki, Tehranın irəli sürdüyü yeddi şərt ABŞ hökumətinə çatdırılıb. Onun sözlərinə görə, Vaşinqton yaranmış vəziyyətdən çıxmaq istəyirsə, İranın hüquq və şərtlərini qəbul etməlidir.
İran rəsmisinin açıqladığı məlumatda danışıqlar üçün üç əsas tələb ayrıca qeyd olunub: müharibənin bütün cəbhələrdə dayandırılması, dondurulmuş İran aktivlərinin azad edilməsi və ABŞ-ın dəniz blokadasına son qoyulması.
Rezai həmçinin bildirib ki, İran vasitəçi Qətər vasitəsilə şərtlərini Vaşinqtona çatdırıb və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.
Bununla yanaşı, Pakistanın daxili işlər naziri Möhsün Naqvinin sentyabrın 20-də Tehrana səfər edəcəyi bildirilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai səfərin əsasən ikitərəfli münasibətlər və əvvəlki razılaşmalar çərçivəsində keçiriləcəyini deyib. O, Naqvinin ABŞ-dan İrana xüsusi mesaj və ya təşəbbüs gətirəcəyinə dair məlumatının olmadığını açıqlayıb.
Beləliklə, Tehran danışıqların bərpasını konkret şərtlərlə əlaqələndirib və növbəti addımın Vaşinqtondan gələcəyini bildirib.
Günay Əli
KONKRET.az