Tehrandan Vaşinqtona ultimatum: Blokada davam etsə, cavab sərt olacaq

04.08.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Ali Lideri baş hərbi müşaviri Möhsün Rezayi xəbərdarlıq edib ki, ABŞ İran limanlarını bloklamağa davam edərsə, ciddi problemlərlə üzləşəcək. 

"AzPolitika" xəbər verir ki, Rezayi bu açıqlamanı "X" sosial media platformasındakı hesabında yayımlayıb. 

Açıqlamada deyilir ki, əgər blokada davam edərsə, Amerika gəmiləri və qoşunları ciddi risklər və itkilərlə üzləşəcək:

"ABŞ davranışını dəyişdirməlidir, əks halda biz buna dözməyəcəyik. Hörmüz boğazından ikinci bir keçidə heç vaxt icazə verməyəcəyik". 

ABŞ iyul ayında İran limanlarının blokadasını bərpa edib və eyni zamanda zərbələr endirib. Buna cavab olaraq İran Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücum edib.Tərəflər bir-birini imzalanmış memorandumu pozmaqda ittiham ediblər. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika qüvvələri blokadanı davam etdirəcək. 

Mərkəzi Komandanlığın X-də dərc olunmuş bəyanatında deyilir: "ABŞ qüvvələri ABŞ-ın İrana tətbiq etdiyi blokadanı ciddi şəkildə tətbiq etməyə davam edir. 3 avqust tarixinə qədər ABŞ Mərkəzi Komandanlığı 44 kommersiya gəmisinin istiqamətini dəyişib".

E. Səlimov

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью