Icma.az bildirir, Yenicag portalına istinadən. “Azərbaycana qarşı sərt siyasət yürütmək İranın maraqlarına ziddir”.
Bunu Yenicag.az-a açıqlamasında İranın Azərbaycanla yaxınlıq siyasətini zəruri edən amillərdən danışan politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, ötən ilə qədər İranın Azərbaycana qarşı mövqeyi tamamilə fərqli idi.
“Xüsusilə Azərbaycana qarşı ciddi təhdidlər hətta səfirliyə terror aktı törədilməsinə qədər uzandı.
İranın həmin vaxt məqsədi vardı, lakin istədiyinə nail ola bilmədi və geri çəkildi. Bunu isə bir neçə kontekstdə qiymətləndirmək mümkündür.
İlk olaraq İran, təzyiq göstərərək Azərbaycanın öz maraqlarından geri çəkiləcəyini düşünürdü. İkincisi isə Türkiyə ilə bağlıdır.
İki qardaş ölkə arasındakı strateji müttəfiqlik qalxan rolunu oynadı. Bu isə İran üçün çəkindirici amil idi.
Eyni zamanda, İran Rusiya ilə əlaqələrini gücləndirmək və Azərbaycan-Türkiyə birliyinə qarşı birgə siyasət həyata keçirmək istəyirdi.