Tehrandan Zelenski ilə bağlı Qərbə çağırış

27.07.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onun fikrincə, Ukrayna hökumətini dəstəkləyənlər məsuliyyət daşımalıdırlar. XİN rəsmisi eyni zamanda xəbərdarlıq da edib: 

“Bu cür hərəkətlərin nəticələri gözlənilməz olacaq. Ukrayna Prezidentinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində nəticələri bütün Avropaya təsir edən nümayişkaranə və son dərəcə təhlükəli hərəkətlər edən anarxistlərin fəaliyyətini xatırladır”.

İ.Bəqai həmçinin Qərb ölkələrini V.Zelenskini daha yaxşı idarə etməyə çağırıb. “Çünki Kiyevin hərəkətləri BMT Nizamnaməsinə ziddir və cavab tədbirləri ilə nəticələnəcək təhlükəli bir macəra təşkil edir”, - diplomat söyləyib. 

Qeyd edək ki, iyulun 25-də Ukrayna Xəzər dənizində İran ticarət gəmisinə hücum edib. Nəticədə gəmidə partlayış baş verib. Hadisə heyət üzvlərindən birinin ölümünə, digərinin yaralanmasına səbəb olub. 

İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın hərəkətlərinin cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью