Tehranı Vaşinqtonu təhdid etdi: Yeni Vyetnam, yeni Əfqanıstan...

23.05.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az IRNA agentliyinə istinadla xəbər verir ki, İran ABŞ-ni "yeni Vyetnam və ya Əfqanıstan" ilə təhdid edib. 
Agentlik İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatını dərc edib.
Bəyanatda Amerikanın Yaxın Şərqdəki "səhv addımlarının yeni Vyetnam və ya yeni Əfqanıstanla" nəticələnə biləcəyi ilə təhdid edilib.
Baş Qərargahın açıqlamasında deyilir: "ABŞ-nin regiondakı əməlləri istənilən halda onlar üçün yeni Vyetnam və ya Əfqanıstana çevriləcək". İran qüvvələri təhdidlərə və "səhv hərəkətlərə" cavab veriləcəyini bəyan ediblər.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью