Tehranın ən böyük stadionu vuruldu VİDEO

05.03.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Tehranın ən böyük stadionlarından biri olan “Azadi İdman Kompleksi” ABŞ və İsrail qüvvələrinin hava zərbələrinə məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu gün səhər saatlarında endirilən raket zərbələri nəticəsində kompleksin daxilində yerləşən 12 min nəfərlik qapalı idman arenası tamamilə dağılıb.

Agentliyin yaydığı görüntülərdə arenanın bütün hissələrinin xarabalığa çevrildiyi görünür.

Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatların 6-cı günündə Tehranın Mehrabad hava limanı, Tehransar və Çitgar kimi bölgələri də intensiv bombardman edilib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью