“Tehranın İsrailə bu dəfəki cavabı fərqli olacaq”

27.11.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bizim İsrailə cavabımız bu ölkənin liderlərinin təsəvvür etdiyindən fərqli olacaq”.

Missiya.Az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

O, bildirib ki, bu dəfə istifadə olunacaq taktika, icra və silah növü baxımından gözlənilməz olacaq.

“Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmənin təhdidlərinin qarşısını almaq və onları darmadağın etmək əsasında qurulub. İran ordusu istənilən belə təhlükəyə qarşı döyüşməyə hazırdır”, - deyə Baqiri bildirib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью