Tehranın növbəti manipulyasiyası

19.06.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


İran rəsmiləri Ermənistani ABŞ-la birgə təlimləri və TRİP layihəsinə görə təhdid edirlər. Görünür, Tehrana bu təlimat Moskvadan verilib. Hər iki ölkə koordinasiyalı şəkildə N. Paşinyan hökumətini iddiham edirlər.
ABŞ prezidenti İranda rejimi dəyişə bilmədi və yaxud istəmədi. Amma, ağır məğlubiyyətə baxmayaraq rejim yerindədir və Cənubi Qafqazın hər iki ölkəsini təhdid edirlər. Ümumiyyətlə, Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycana aid deyil. Prosesdə Türkiyə var. O Türkiyə ki, İrandakı rejimin qalmasında əvəzsiz rol oynadı. Xüsusilə, kürd silahlıların İrana daxil olub, siyasi və silahlı xaos yaratmasının qarşısını aldı.
Tehran rejimi birbaşa Ermənistan hakimiyyətini təhdid etməsi bu marşruta mane olması mümkün olmayacaq. İlk növbədə ABŞ buna imkan verməyəcək. ABŞ icarəyə götürdüyü marşruta İran problem yaradarsa, Tehran özü yenidən problemlərlə üzləşəcək. Həmçinin ABŞ və İran arasında normallaşma prosesi gedirsə, Tehranın ABŞ layihəsinə qarşı ritorikası başa düşülən deyil.
Ümumiyyətlə, Tehranın hazırkı mövqeyi manipulyasiyadır. İranın bütün qonşuları ilə münasibətləri kəskinləşməsi öz əleyhinə işləyəcək. ABŞ okeanın o tayından gəlib Ali dini rəhbəri S. Ə. Xameneini və digər ordu komandanlarıni öldürdü. Prezident M. Pezeşkian Azərbaycan prezidentinin müdaxiləsi ilə sağ qaldı. İndi durub Tehran rejimi Azərbaycana qarşı köhnə havanı çalır.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью