Tehranİstanbul reysində həyəcan: Sərnişin Allahu Əkbər qışqıraraq... VİDEO

28.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyənin Peqasus aviaşirkətinin Tehrandan İstanbula uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, sərnişinlərdən biri enişdən yarım saat öncə “Allahu Əkbər” qışqıraraq təyyarənin çıxış qapısını açmağa çalışıb.

Həmin şəxs hətta onu saxlamağa çalışan stüardessanın üzünə yumruq zərbələri endirib. Lakin təyyarə bələdçiləri həmin şəxsin qarşısını ala biliblər.

Eniş baş verdikdən sonra həmin şəxs polislər tərəfindən saxlanılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью