Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Dubay istiqamətində kommersiya aviareyslərini yenidən bərpa edib.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, bir neçə ay davam edən qarşıdurmadan sonra Tehran–Dubay marşrutu üzrə uçuşların bərpası üçün hazırlıq işləri tamamlanıb və ilk reys bazar ertəsi həyata keçirilib.
Bildirilir ki, uçuşların bərpasının ilkin mərhələsində İran aviaşirkətləri Birləşmiş Ərəb Əmirliklərinə reyslər həyata keçirəcək. Növbəti mərhələdə isə BƏƏ aviaşirkətlərinin də İrana uçuşlara başlaması planlaşdırılır.
Bloomberg qeyd edir ki, uçuşların bərpası İranla ABŞ arasında danışıqların davam etdiyi vaxta təsadüf edir.