Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İxtisas seçimi mərhələsi təkcə bal hesabı ilə qərar vermək deyil, həm də gələcək karyera yolunun, həyat tərzinin və sosial mövqeyin formalaşmasında həlledici rol oynayır.
Bu baxımdan xüsusilə 2-ci və 3-cü ixtisas qruplarında seçim edən abituriyentlərin bir neçə mühüm məqamı diqqətdə saxlaması vacibdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli 2-ci və 3-cü qrupların ixtisas serçimi edərkən diqqət etməli olduğu nüanslardan danışarkən bildirdi.
Onun sözlərinə görə, 2-ci qrup üzrə vəziyyət nisbətən sabitdir: "Seçimlərini düzgün planlaşdıran, maraq və bacarıqlarını nəzərə alan abituriyentlərin qəbul şansı kifayət qədər realdır.
Bu qrup üzrə iqtisadiyyat, maliyyə, menecment və digər ixtisaslara müraciət edənlər üçün plan yerlərinin çoxluğu və müxtəlifliyi seçim imkanlarını artırır.
Əsas odur ki, bu ixtisasların iş bazarındakı real çəkisi, təhsil müddətində qazanılacaq bacarıqlar və şəxsi potensialla uyğunluğu düzgün analiz olunsun.
3-cü qrupda isə mənzərə daha kritikdir. Hər il olduğu kimi bu il də burada rəqabət yüksəkdir.