Təhsil Ekspertləri Mərkəzi yaradıldı Məzahir Məmmədlidən AÇIQLAMA

25.11.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Artıq mediada elan olunduğu kimi, bir qrup təhsil mütəxəssisi və təhsil mediası nümayəndələrinin təşəbbüsü ilə Təhsil Ekspertləri Mərkəzi yaradılıb".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli feysbuk hesabında yazıb.

"Mərkəzin İdarə Heyətinin üzvləri Adil Vəliyev, Əmrah Həsənli, Elmin Nuri, Elvin Bədirov, Ramin Nurəliyev, Rəşad Cabbar, Rizvan Fikrətoğlu, Tuqay Rzazadə, Vüsət Əzizov və Zöhrab Süleymandır.

Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə seçilməyim mənim üçün böyük etimad və məsuliyyətdir.

Mənə göstərilən bu etimada görə hər bir üzvə səmimi-qəlbdən təşəkkür edirəm! İnanıram ki, birgə fəaliyyətimizlə təhsilimizin inkişafına dəyərli töhfələr verəcəyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью