Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər bir fərdin təhsilini davam etdirmək imkanı olmalıdır. Bu yalnız elitaya aid olan bir şey deyil.
Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, potensiallı hər kəs üçün imkanlar təmin edilməlidir:
“Bəs, bərabərlikdən danışarkən balansı necə qurmayılıq? Region, gender, ailənin sosial-iqtisadi vəziyyəti və daha bir çox amillər ali təhsilə çıxış imkanını əvvəlcədən müəyyən edir. Bu, düşünürəm ki, hökumətlər üçün əsas çağırışlardan biridir: fərdin harada doğulmasını və hansı sosial-iqtisadi şəraitdə böyüməsini özü seçmir. Bu səbəbdən də onların təhsil imkanlarını genişləndirməliyik. Bütün potensiallı şəxslərə bu imkan tanınmalıdır”.